1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Orxan Əliyev: "Qarabağ" və "Qəbələ" matçlarında üç xal istəyirik"
"Qarabağ"a qarşı oynayacağıq. Demək ki, bizi asan oyun gözləmir. Çox güclü rəqibə qarşı mübarizə aparmaq lazımdı. Çempionatın liderinə qarşı oynamaq güc tələb edir. Yaxşı oyun sərgiləməyə çalışacağıq. "Kəpəz”in hazırkı durumu yaxşı deyil. Bizə xal və ya xallar hava-su kimi lazımdır. Turnir cədvəlində yuxarı pillələrə qalxmaq üçün xal qazanmaq istəyirik". Bu sözləri Sportnet.az-a açıqlamasında "Kəpəz”in yarımmüdafiəçisi Orxan Əliyev deyib.
Gəncə təmsilçisinin aparıcı üzvü qarşıdakı üç turda qarşılaşacaqları "Qarabağ”, "Qəbələ” və "Neftçi” matçlarından uğurlu nəticələrlə çıxmaq istədiklərini deyib: "Oyunun Suraxanıda deyil, Respublika stadionunda keçiriləcəyindən xəbərim var. Təbii ki, bu stadionda oynamaq xoşdu. Amma stadiondan asılı olmayaraq onsuzda "Qarabağ”a qarşı çətin olacaq.
"Qarabağ”a qarşı səfərdə, "Qəbələ” və "Neftçi”yə qarşı isə evdə oynayacağıq. Öz azarkeşlərimiz qarşısında oynamaq hər zaman bizim üçün daha yaxşıdır. "Qarabağ”, "Qəbələ” və "Neftçi” matçlarının hər birindən üç xalla ayrılmaq istəyirik. Çünki məqsədimiz turnir cədvəlində yüksəlməkdir”.