1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Sumqayıt”ın zədəliləri sağaldı
Azərbaycan Premyer Liqasının XXV turunda AZAL-ın qonağı olacaq "Sumqayıt" hazırlığını davam etdirir.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçib.
Xeyli müddətdir zədəli olan Ayaz Mehdiyev tam sağalaraq kollektivə qoşulub. Zədə səbəbindən "Neftçi" ilə matçda da iştirak edə bilməyən Xəyal Nəcəfov da artıq tam hazırdır. Mikayıl Rəhimov isə fərdi şəkildə hazırlaşıb. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib.
"Sumqayıt"ın növbəti məşqi sabah saat 15:30-da "Kapital Bank Arena"da olacaq.
Qeyd edək ki, aprelin 10-da keçiriləcək AZAL - "Sumqayıt" oyunu saat 17:30-da start götürəcək.