1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azarkeşlər Deniz Yılmaza restoranda "ilişdi"
Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz Türkiyədə növbəti xoşagəlməz olayla üzləşib.
Sportnet.az-ın "Bursa Hakimiyet"ə istinadən məlumatına görə, təcrübəli hücumçu Super Liqada "Karabükspor"la oyundan bir gün öncə ailəsi ilə birlikdə restoranda nahar edən zaman bursalı azarkeşlərin qınağına tuş gəlib.
Onun "Karabükspor"la matçı çiynindəki zədə yox, məhz bu hadisə ilə əlaqədar buraxdığı müəyyənləşib. Üzləşdiyi tənqidlərdən pərişan olan Yılmaz baş məşqçi Mutlu Topçudan qarşılaşmanın "18-liy”inə salınmamasını xahiş edib.
Qeyd edək ki, Deniz Yılmaz Türkiyə Super Liqasında "Kayserispor”a uduzduqları matçda qırmızı vərəqə aldığı üçün azarkeşlər tərəfindən sərt tənqid olunub. Bundan sonra rəhbərlik onu bir müddətlik komandadan uzaqlaşdırıb. Bu mövsüm Yılmaz "Bursaspor"un heyətində 20 oyunda 5 qol vurub.