1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vassura: "Hər oyunda fintlər etsəm, millimiz uduza bilər" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futzalçısı Vassuranın Sportnet.az-a müsahibəsi...
- Azərbaycan millisini Macarıstanla oyun gözləyir. Bu matç haqda nə düşünürsən?
- Hər oyunda qalib gəlmək üçün oynayırıq. Biz heç vaxt oyuna rahat çıxmırıq. Macarıstana qarşı bizi olduqca ağır oyun gözləyir. Gərək bu matçdan uğurlu nəticə ilə ayrılaq.
- Macarıstanla görüşdə bir xal belə bizə bəs edir...
- Bəli, bunu bilirik. Amma biz qələbə üçün oynayacağıq. Macarıstanın keçirdiyi iki görüşü də izləmişik və fikrimcə, bu oyunda uğurlu nəticəyə imza ata biləcəyik. Nə etmək lazım olduğunu Biro Jade bizə deyəcək. O, çox ağıllı ağıllıdır.
- Rəqibin daha çox hansı oyunçudan ehtiyat edirsiz?
- Macarıstan millisinin mərkəz hücumçusu Zoltan Drot çox güclü və təhlükəlidi. Gərək oyunboyu onu diqqətdən kənar qoymayaq.
- Macarıstana məğlub olsanız nələr baş verəcək?
- Hər halda bu yaxşı hal olmaz. Amma bizim əsas məqsədimiz birinci yeri tutub final mərhələsinə yollanmaq idi. Yəni biz ikinci pilləni düşünmürük. İndi onsuzda ikinci pilləni sığortalamışıq. Ümid edirəm ki, Sloveniyaya lider kimi yollanacağıq.
- Son matçda böyükhesabla qalib gəldiniz. Həmin oyun haqda nə demək istəyirsən?
- Biz çox yaxşı rəqibə qarşı oynayırdıq. Albaniyaya qarşı çətinlik çəkdik. İlk yarının 1:0 başa çatması bunun göstəricisidir. Fasilədə Biro Jade bizə nəyi necə etmək lazım olduğunu bildirdi. Biz də ikinci yarı başlayan kimi pressinq etməyə başladıq. Elə bunun da nəticəsində üç qol vurduq. Şadam ki, hər şey biz istəyən kimi başa çatdı.
- Hamı səndən çox şey gözləyir. Ancaq dünya çempionatında çıxış etdiyin kimi çıxış edə bilmirsən. Bu niyə belədir?
- Hər bir oyunda üç xal bizim üçün çox vacibdir. Mən hər oyunda fintlər, driblinqlə etsəm, uduza da bilərik. Ona görə də biz kollektiv futbol oynamağa çalışırıq. Yəni elə oyunlar var ki, fərdi oyuna yox kollektiv oyuna önəm vermək lazımdır. Məhz buna görə mən çox fintlər etmirəm.