"İşimizin ciddiliyini anlayırıq. Növbəti tura da olduqca ciddi hazırlaşırıq. Qarşımızdakı rəqib "Qəbələ” olacaq. Rəqibin kimliyindən asılı olmayaraq, biz matça üç xal üçün çıxacağıq”. Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz”in kapitanı Tural Axundov aprelin 16-da Azərbaycan Premyer Liqasının XVI tur matçı barədə danışarkən deyib.
Axundov bildirib ki, "Kəpəz” avrokuboklara yollanmaq üçün istənilən rəqibi məğlub edə bilər. O, Şahin Diniyevin də komandaya inamının davam etdiyini söyləyib: "Qəbələ” çox güclü komandadır və bunu hamı çox yaxşı bilir. "Neftçi” ilə matça necə çıxmışdıqsa "Qəbələ” ilə oyuna da o cür çıxacağıq. Hər şey öz əlimizdədir. Şahin müəllim bizimlə tez-tez danışır. Özü də komandasına inanır və "Qəbələ” ilə görüşdə də qələbədən başqa heç nə fikirləşmirik".