1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Sumqayıt” cəzalanan futboçusu ilə bağlı apellyasiya verməyəcək
"Sumqayıt” klubu Azərbaycan Premyer Liqasının XXVI turunda "Zirə” ilə matçda baş hakim Əliyar Ağayevi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 4 oyun cəzalanan Nicat Muxtarovu komandada saxlayacaq. Bu barədə Sportnet.az-a Sumqayıt təmsilçisinin menceri Ceyhun Sultanov məlumat verib.
O, bildirib ki, qərarla bağlı apellyasiya şikayəti verməyəcələr. Lakin fubolçu klub tərəfindən cəzalandırılacaq: "AFFA İntizam Komitəsini qərarı ilə bağlı apellyasiya şikayəti verməyəcəyik. Nicat Muxtarov klub tərəfindən cəzalandırılacaq, lakin komandadan göndərilməyəcək. Onun "Sumqayıt”la 2018-ci ilin iyununa qədər müqaviləsi var”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan mili komandasının geniş heyətində yer alan Nicat Muxtarov 4 oyunluq cəzalanmaqla yanaşı 3200 manat cərimələnib.