Rusiyanın "Rubin” komandasının futbolçuları Premyer Liqanın XXV turu çərçivəsində "Terek”lə görüşü izləmək istəyən azarkeşlərə bilet alacaqlar.
Sportnet.az-ın Kazan təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatlar komandanın qapıçısı Sergey Rıjikov çıxış edib.
O, klubun 59 illiyi ilə bağlı təşkil olunan mərasimdə bildirib ki, azarkeşlərin ümildərini doğrultmadıqlarının fərqindədirlər. S.Rıjikov xərci futbolçular tərəfindən ödəniləcək biletlərin fanatlar üçün ad günü hədiyyəsi olduğunu söyləyib.
Qeyd edək ki, 20 aprel 1958-ci il tarixində təsis edilən "Rubin” 23 turdan sonra 28 xalla 11-ci pillədə qərarlaşıb. "Terek”lə görüş aprelin 26-da keçiriləcək.