"Mən hələ ki, "İnter”in oyunçusuyam və heç bir klubla müqavilə imzalamamışam. Mövsüm başa çatsın görək necə olacaq”. Bunu Sportnet.az-a açıqlamasında "İnter”in futbolçusu Abbas Hüseynov deyib.
"Qəbələ” və "Qarabağ” klublarından birinə keçəcəyi deyilən Hüseynov saytımıza danışarkən, heç bir komanda ilə müqavilə imzalamadığını deyib: "Heç bir komanda ilə müqavilə imzalamamışam. Mənə bir neçə komandadan təklif var. Amma indi "İnter” oyunçusuyam və qərarımı verməmişəm”.