"Kəpəz” komandasının futbolçuları Julien Ebah və Davud Kərimi Azərbaycan Premyer Liqasının sonuncu turu çərçivəsində "İnter”lə görüşlə bağlı fikirlərini bölüşüblər.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu son matça qalib gələrək, azarkeşləri sevindirmək istədiklərini söyləyib: "Üzərimə düşəni etməklə qol vurmağa çalışacağam. Son oyunlar yaxşı çıxış edirik, qələbələri sıralayırıq. Çempionatı yüksək əhval-ruhiyyədə başa vurmaq üçün bu gün qələbə qazanmalıyıq”.
Qapıçı Davud Kərimi isə azarkeşləri komandaya dəstək olmağa çağırıb: "Çempionatın son dövrəsini yaxşı keçirmişik. Cəmi bir oyunda uduzub qalan matçlarda qələbə qazanmışıq. Əhvalımız yaxşıdır. Çempionatda beşinci yeri tutmaq imkanımız var, bunun üçün "İnter” ilə oyunda qələbə qazanmalıyıq. Azarkeşləri oyuna baxmağa, dəstək olmağa dəvət edirik”.