Premyer Liqasının XXVIII turunun "Qəbələ” ilə oyununda hesabı açan Amil Yunanov "Sumqayıt”in tarixinə düşüb. Sportnet.az-ın məlumatına görə, Yunanov komandasının ev oyunlarında 100-cü qolunun müəllifi olub.
Bu matçadək sumqayıtlılar öz meydanında 99 dəfə fərqlənmişdi. "Qəbələ”ni 2:1 hesabı ilə yenən Samir Abasovun yetirmələri bu rəqəmi 101-ə çatdırıb.
"Gənclik şəhəri” təmsilçisi bu qolları 98 matçda vurub. 32 qələbə, 28 heç-heçə və 38 məğlubiyyəti olan "Sumqayıt” evdə 114 top buraxıb.
Qeyd edək ki, "Sumqayıt” 2011/2012 mövsümündən Premyer Liqada mübarizə aparır və 100-cü qolunu 6-cı mövsümündə vurub.