Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Milli Komandaların Məşq Mərkəzində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən veridiyi məluamata görə, baş katib IV İslam Həmrəyliyi oyunlarında iştirak edəcək yığmamıza AFFA prezidenti Rövnəq Abdullayev və AFFA-nın İcraiyyə Komitəsinin üzvləri adından uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib.
Qeyd edək ki, Azərbaycan yığması IV İslam Həmrəyliyi Oyunlarında ilk oyununu mayın 8-də Kamerun komandasına qarşı keçirəcək. "Bayıl Arena”da baş tutacaq matç saat 18:30-da start götürəcək.