Futbol üzrə Avropa Liqasında finalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşə vəsiqə qazanacaq komandalar İngiltərə və Fransada keçiriləcək yarımfinal mərhələsinin cavab oyunlarından sonra bəlli olub.
"Mançester Yunayted" İspaniyada yendiyi "Selta" ilə ev oyununda heç-heçə edib. "Lion" isə Hollandiyada 1:4 hesabı ilə uduzduğu "Ayaks"dan əvəz çıxmağa çox yaxın olub. Lakin oyunu ən azı uzatma dəqiqələrinə aparmağa 1 qol çatmayıb. Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında "Mançester Yunayted"lə "Ayaks" üz-üzə gələcək.
Qeyd edək ki, "Ayaks" 21 ildən sonra avrokubokların həlledici qarşılaşmasında oynayacaq.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
11 may
23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) - 1:1
Qol: Maruan Fellaini, 17 - Fakundo Renkaqlia, 85
Qırmızı vərəqələr: Erik Bertrand Beylli, 88 - Fakundo Renkaqlia, 89
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun – 1:0
23:05. "Lion” (Fransa) – "Ayaks” (Hollandiya) - 3:1
Qollar: Aleksandr Lyakazett, 45; 45+1. Raşid Gezzal, 81 - Kasper Dolberq, 27
Baş hakim: Şimon Martsinyak (Polşa)
İlk oyun – 1:4