Bu gün Bəhreynin paytaxtı Manamada FIFA-nın 67-ci Konqresi işə başlayıb. 
Sportnet.az-ın məlumatına görə, toplantıda AFFA-nı baş katib Elxan Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehtiyeva və Avro-2020-nin AFFA təşkilat komitəsinin koordinatoru Nazim Əliyev təmsil edəcək.
Qeyd edək ki, Konqresin gündəliyinə 16 məsələ daxil edilib. 









                 





    
    
    
    
    
    
    
    
    


























































