İtaliyanın "Yuventus" klubu Almaniya "Bavariya"sından Mehdi Benatia"nı alıb. 
Sportnet.az-ın Turin klubunun rəsmi saytına istinadən məlumatına görə, münhenlilərə mərakeşli müdafiəçidən ötrü 2 il ərzində 17 milyon avro ödəniləcək. 30 yaşlı oyunçu ilə 2020-ci ilədək müqavilə imzalayıb. 
Qeyd edək ki, Mehdi Benatia 2016-cı ilin yayından "Yuventus"da icarə əsasında çıxış edir. 









                 





    
    
    
    
    
    
    
    
    






















































