Çin Futbol Assosiasiyası (ÇFA) ölkəyə əcnəbi futbolçu axınını məhdudlaşdırmaq üçün yeni vergi sistemi tətbiq edib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, məqsəd yerli klubların legioner transferlərinə astronomik məbləğlər ödəmələrini əngəlləmək və uşaq futboluna diqqəti çoxaltmaqdan ibarətdir.
Yeni qərara əsasən, borcu olan klublar iyunun 19-dan etibarən transfer dövründə futbolçuları heyətlərinə qatmaq üçün onlara ödəyəcəkləri məbləğ qədər vergini Çin Futbolunun İnkişafı Fonduna verəcəklər.
Qeyd edək ki, daha əvvəl ÇFA klubların maksimum 3 legionerlə meydana çıxmasına icazə verib. Həmin qərara əsasən, hər bir komandanın start heyətində Çin vatandaşı olan 23 yaşadək 6 futbolçu yer almalıdır.