"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirə turnirinə qatılıb. Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi Gürcüstanın "İveriya", "Olimpik" və "Çempion" klubları ilə eyni qrupa düşüb.
İlk oyun bu gün "İveriya"ya qarşı olacaq. Görüş Tbilisi "Dinamo"su akademiyasının meydançasında baş tutacaq. Turnirə iyunun 2-də yekun vurulacaq.
Qeyd edək ki, xatirə turnirində "Qəbələ" də iştirak edir.