34 rusiyalı futbolçu, o cümlədən, 2014-cü il dünya çempionatında çıxış etmiş bütün 23 oyunçu FİFA-nın dopinq araşdırmalarının predmeti olub. Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, həmin heyətdən 5 nəfəri hazırda davam edən Konfederasiyalar Kubokunda da heyətdədir.
Hələlik hansı tədbirlərin görüləcəyi bilinmir. Amma mənbə bu istiqamətdə işlərin aparıldığını təsdiqləyib. Tarixdə ilk dəfədir ki, bütün komanda şübhə altına düşür. Qalmaqalın diqqət mərkəzində isə Rusiyanın hazırkı idman naziri Vitali Mutkodur.
Qeyd edək ki, DÇ-2014-də Rusiya millisinin heyətində əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədov da yer alıb. Qonşu ölkə komandası H qrupunda 3 oyundan 2 xalla 3-cü yeri tutub.