"Xarici ölkələrdən təkliflərim çoxdur. "Hapoel"(Tel-Əviv) başda olmaqla bir neçə komandadan dəvət almışam". Bunu Sportnet.az-a açıqlamasında Amit Quluzadə deyib. Yola saldığımız mövsümü Yunanıstan Superliqasında yarışan "Larissa"da keçirmiş Quluzadə qarşıdakı mövsümə də ölkəmizdən kənarda başlaya bilər. Quluzadəyə Yunanıstan, Slovakiya və İsraildən təkliflər var. Amma o, hələ ki, tam qərarını verməyib. Əslində "Hapoel" yarımmüdafiəçini heyətində görmək istəyir. Amma qarşı tərəf tam olaraq rəsmi dəvət göndərməyib. Əgər Tel-Əviv təmsilçisinə keçidi baş tutmasa, Quluzadə təmsilçilərimizlə danışığa başlayacaq: "Menecerlər işlərimi görür. Mən əslində onlara 8-nə kimi vaxt vermişəm. Əgər xaricə getmək alınmasa, Azərbaycan klubları ilə danışıqlara start verəcəm. Ölkədən də məni istəyən komandalar var. Qərarımı yaxın vaxtlarda verəcəm".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |