"Azərbaycanın ən yaxşı komandasının - "Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm. Mənim üçün bura gəlmək həyəcanlıdır, çünki geridə qalan 13 ili "Qarabağ” kimi köklü klub olan "Legiya”da keçirmişəm”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ”ın yeni futbolçusu Yakup Jezniçak klubun rəsmi saytına açıqlamasında deyub.
30 yaşlı polşalı mərkəz müdafiəçisi azarkeşin ondan çox şey gözlədiyinin fərqində olduğunu söyləyib: "Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə "Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür. Yayda sabiq komandam "Legiya”yla təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə "Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, "Qarabağ”la iki illik müqavilə bağlayan Yakup Jezniçak 52 nömrəli forma ilə çıxış edəcək.