1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əbülfəs Qarayev: "Alman futbol məktəbinə üstünlük vermişəm"
"Ezamiyyətlə bağlı Gürcüstana gəlmişəm. Tbilisidə oyun olduğunu bildikdən sonra bu matçı qaçırmamaq qərarına gəldim".
Sportnet.az-ın Tbilisiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu "Qarabağ" komandasının Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" ilə cavab oyununu tribunadan izləyən Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev azərbaycanlı jurnalistlərlə söhnət zamanı deyib.
Nazir bildirib ki, Bakıda "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşan ilk matça da baxıb: "Qarabağ”ın böyükhesablı qələbəsindən sonra sevincimizin həddi-hüdudu yox idi. Düşünürəm ki, ötən həftə baş tutan görüş "Qarabağ”ın yüksək səviyyəli komanda olduğunu sübutr etdirdi. Hazırda izlədiyim oyundan da ləzzət alıram, baxımlı hücumlar qururlur. Ümid edirəm ki, ilk dəfə Çempionlar Liqasının qrupuna düşməyi bacaracağıq. Bundan sonra müasir Azərbaycan futbolunun tarixində yeni səhifə açılacaq. Futbol Azərbaycanda sevilən oyundur, dövlət tərəfindən bu oyuna qayğı göstərilir. Bircə arzum odur ki, komandanın tərkibində azərbaycanlı futbolçuların adına daha çox rast gələk. Bizim istəyimiz odur ki, Azərbaycandan olan futbolçular öz oyunu ilə dünyaya səs salsınlar”.
Ə.Qarayev heç bir futbol komandasına azarkeşlik etmədiyini də vurğulayıb: "Hansı komandaya azarkeşlik etdiyimi deyə bilmirəm. Amma çalşıram ki, xaricdə baş tutan maraqlı oyunları stadiondan izləyəm. Həmişə alman futbol məktəbinə üstünlük vermişəm. Hesab edirəm ki, bu, dünyada ən yaxşı futbol məktəblərindən biridir. Nəzərə alsaq ki, mən, keçmişdə idman və turizm naziri idim. Ona görə də Azərbaycan futbolunun inkişaf etməsini istəyirəm. Bundan sonra da komandalarımızın daha yaxşı oyun nümayiş etdirəcəyinə ümid edirəm".