
"Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana klubun fan-şopunun rəsmi açılışından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Uzun müddətdir oynamırsan. Zədən nə yerdədir?
- Komanda ilə məşqlərə başlamışam. 2-3 həftəyə tam hazır olacağımı düşünürəm. Təbi i ki, baş məşqçimiz Qurban Qurbanovun da qərarından çox şey aslı olacaq.
- "Şerif”lə cavab matçında səni meydanda görə biləcəyik?
- İlk oyunda oynamaycağım dəqiqdir. Cavab matçında ola bilsin ki, oynayım. Amma bu da çox da inandırıcı görünmür. Çünki məşqlərə təzə start vermişəm.
- Özünü necə hiss edirsiniz?
- Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. 6 ay idi ki, futbolsuz idim. Artıq həkimlər oynamağıma icazə veriblər. Problem qalmayıb.
- "Şerif”lə matçlar barədə nə düşünürsən?
- "Şerif”in oyunlarını izləyirik. Rəqibimiz güclüdür, amma keçmək şansımız var. Ancaq sizə qıraqdan göründüyü kimi asan gəlməsin.