
"Birinci dəfədi Bakıdayam. Bura çox gözəl şəhərdi. İstərdim ki, sabah yaxşı nəticə əldə edək”. Sportnet.az xəbər verir ki, bunu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ”ın qonağı olacaq "Şerif”in kapitanı Mateo Suşiç deyib.
Moldova təmsilçisinin bosniya herseqovinalı futbolçusu Ağdam komandasının əks-hücumlarda təhlükəli olduğunu söyləyib: "Qarabağ” komanda olaraq yaxşı təsir bağışlayır. Rəqib xüsusilə, əks-hücumlarda daha təhlükəli olur”.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ” – "Şerif” matçı saat 21:00-da başlayacaq.