1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı futbolçu: “Mənə əyləncə lazım deyil”
Rusiya "Spartak"ının əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev "Anji" klubuna daha bir il müddətinə icarəyə verilməsinə aydınlıq gətirib.
Sportnet.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Sovetski sport”a açıqlamasında bunu oynamaq istəyi ilə əlaqələndirib: "Spartak”da qalmaq şansım vardı. Lakin icarədə olanda oynamaq şansım daha çoxdur. Məni təlim-məşq toplanışına götürürdülər. Ancaq meydana çıxacağımdan əmin deyildim. "Anji”də isə ötən yaz stabil çıxış etmişəm. Ona görə də məhz bu kluba getməyə qərar verdim”.
Quliyev şəxsi həyatında da söz açıb. O, gecə klublarına getmədiyini deyib: "İlk maaşımı nəyə xərcləmişəm? Açığı, xatırlamıram. Xərclərim stabildir. Pulumun az hissəsin özümə saxlayıram, qalanını valideynlərimə göndərirəm. Artıq avtomobilim var – "Infiniti”. Qalib gəlsək, yenisi barədə düşünəcəyəm. Gecə klubları? Heç vaxt olmamışam. Burda məsələ futbol da deyil. Sadəcə olaraq, belə yerlərə getmirəm. Çünki çirklidir. Yaxınlarımla oturub söhbətləşmək bəs edir. Mənə əyləncə lazım deyil”.
Qeyd edək ki, Ayaz Quliyev ötən mövsümün ikinci yarısında da Dağıstan təmsilçisinin formasını geyinib. O, 12 oyunda meydana çıxıb.