"Türkiyəyə yollanmamışdan öncə Bakıda yüngül formada hazırlıq keçmişdik. Ərzurumda isə artıq bilirdik ki, bizi ağır məşqlər gözləyir. Çünki xaricdəki toplanış hazırlığımızın əsas hissəsi olmalı idi. Məşqlər ağır olsa da, canla-başla verilən tapşırıqları, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq”.
Sportnet.az xəbər verir ki, bunu "Kəpəz”in futbolçusu Şəhriyar Əliyev komandanın hazırlıq prosesini dəyərləndirərkən deyib.
Məkrəz müdafiəçisi klubun rəsmi saytıa açıqlamasında toplanışın bəhrəsini görəcəklərini deyib: "Hazırlıq yaxşı keçdi. Ayaqlarımızda ağırlıq vardı, bu da ki, normal haldır. Fiziki yükləmədən sonra vəziyyət belə olmalıdır. Bu səbəbdən yoxlama oyunları da bizim üçün ağır keçdi, çətinliyimiz oldu. Maşallah, uşaqlar da pis oynamadılar, özlərini göstərməyə çalışdılar. İstər yenilər olsun, istərsə də köhnə futbolçular, hamı ürəklə çalışdı. Mütləq bunun bəhrəsini çempionatda görəcəyik”.