"İnter" komandası yeni mövsümə hazırlıq çərçivəsində yoxlama matçı keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib I Divizionun debütandı "Binə" olub.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma Premyer Liqada çıxış edən komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Qolu Rauf Əliyev vurub.









































































