"Qəbələ" ilə Yunanıstan "Panatinaikos"u arasında keçiriləcək Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb.
Sportnet.az-ın "qırmızı-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, biletləri bu gün saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik” metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, avqustun 3-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ” – "Panatinaikos” matçı saat 21:00-da başlayacaq.











































































