İyulun 20-də keçirilməsi nəzərdə tutulan avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Sportnet.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunmalı olan yarışın Bakı bulvarında baş tutması planlaşdırılırdı.
Yarışda Bakı və Mingəçevirdən 100-ə yaxın idmançının akademik avarçəkmə, kanoe və kayak növlərində müxtəlif kateqoriyalar üzrə mübarizə aparması nəzərdə tutulurdu.
Yarışın yeni keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.










































































