1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roberto Bordin: "Bakıda penaltimiz verilmədi"
Moldova "Şerif"inin baş məşqçisi Roberto Bordin "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransı keçirib. Sportnet.az-ın Tiraspol təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə oyun barədə danışıb...
- Sabah komandamız üçün çox vacib oyuna çıxacağıq. Çox güclü, topla yaxşı hərəkət edən və onu nəzarətdə saxlayan, meydanda dominantlıq etməyə çalışan rəqiblə oynayacağıq. Bakıdakı ilk matçda yaxşı nəticə üçün çalışdıq. Demək istəyirəm ki, sabahkı oyun öncəsi 0:0 heç də pis nəticə deyil. İndi bizim xeyrimizə olan daha bir önəmli bir amil var: Evdə, doğma azarkeşlər önündə çıxış edəcəyik. Ümid edirəm ki, onlar stadiona gələrək, bizə kömək edəcəklər.
- "Şerif” sabah hücum futbolu oynayacaq, yoxsa ilk görüşdəki taktikaya sadiq qalacaqsınız?
- Həmişə baş götürüb hücuma qaçmaq düzgün deyil. Albaniyanın "Kukesi” komandası ilə əvvəlki mərhələdəki ilə hər iki oyuna nəzər salsaq, görərik ki, kifayət qədər qol vəziyyətləri yarada bilmişdik. Həm Tiraspolda, həm də cavab görüşündə bir yox, daha çox qol vura bilərdik. Bakıda da imkanlarımız oldu. Oyunun əvvəllərində penalti oldu ki, hakim təyin etmədi. Eyni zamanda, "açılmadıq". Rəqimiz çox texnikalı, meydanı ələ alan və hücumda təhlükəli komandadır.
- Damaşkan meydana çıxacaq?
- Biz mütəşəkkil komandayıq. Bir-birimizə həm meydanda, həm də ondan kənarda yardımçı olmağa çalışırıq. Damaşkana gəldikdə, o, hələ çox gəncdir. Karyerası hələ qabaqdadır. Ötən mövsüm komandaya çox kömək etdi və indi də yaxşı oynayır. Oyunçuların hər birinin neydanda öz yeri və komandaya kömək etmək üçün öz vaxtları var.