1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a qarşı oynamaq risklidir"
"Rəqibimizi yaxşı tanıyırdıq. İlk yarıda "Qarabağ" daha çox müdafiə olunurdu. Biz xeyli hücum qurmağa çalışdıq, intensiv hücumlar etdik. İkinci hissədə də hücum barədə daha çox düşündük və nəticədə orta xəttə nəzarəti itirdik. Bununla da rəqibə hücum qurmaq üçün daha çox məkan verdik".
Sportnet.az-ın məlumatına görə, bunu Moldova "Şerif"inin baş məşqçisi Roberto Bordin "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, "Şerif" ilk yarıda qol vurmağı bacarsaydı, matç fərqli məcrada davam edəcəkdi: "Hamımız yaxşı bilirik ki, "Qarabağ" yaxşı texnikalı komandadır, topa da yaxşı sahib olur və onunla gözəl hərəkət edir. Fikrimcə, "Şerif" bu gün meydanda dominantlıq edir, daha çox qol imkanı yaradırdı. Təəssüf ki, vurmalı olduğumuz qolları vura bilmədik. Oyundan sonra kimisə buraxmaq və ya buraxmamağın gərəkliyini demək asandır. Vilfred Balima hazır oyunçu idi. İkinci hissənin sonlarında bir qədər yorulmuşduq. Həmin vaxt Balimanı meydana buraxdım. İlk yarıda bir qol vursaydıq, oyun tam başqa cür cərəyan edə bilərdik. Üçüncü hücumçunu buraxdığımız vaxt risk etməyə başladım. Bu zaman kifayət qədər intensiv və hücum futbolu oynamağa başladıq. Balimanın vasitəsilə cinahlara yeni güc qatmaq istəyirdim".
Bordinin fikrincə, "Qarabağ" kimi komanda ilə oynamaq kifayət qədər çətin və hətta yüksək pressinqinə tab gətirmək risklidir: "Çünki rəqib topa yaxşı yiyələnir və nəzarət edir. İlk yarıda kifayət qədər yüksək toplarla oynayır, yarımmüdafiə xəttində topu tez-tez ələ keçirir, yüksək pressinqlə, aqressiv oynamağa çalışırdıq. Yenə deyirəm: bir qol vursaydıq, oyun başqa cür gedə bilərdi. Bu zaman fərqli ikinci yarı görəcəkdik".
Qeyd edək ki, "Qarabağ" 2:1 hesablı səfər qələbəsi sayəsində tarixində ilk dəfə Çempionlar Liqasının "pley-off" mərhələsinə yüksəlib.