Türkiyə yığmasının futbolçusu Burak Yılmaz karyerasını vətənində davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, Çinin "Beijinq Quoan" klubu ilə yollarını ayıran 32 yaşlı hücumçu "Trabzonspor” ilə razılıq ədlə edib.
Trabzon təmsilçisinin rəsmi saytında yer alan açıqlamada B.Yılmazla danışıqlara başladıqları bildirilir.
Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində "Beşiktaş”, "Fənərbağça”, "Qalatasaray”, "Manisaspor”, "Antalyaspor” və "Eskişehirspor”da çıxış edib. O, 2010-2012-ci illərdə də "Trabzonspor”un formasını geyinib və iştirak etdiyi 75 oyunda 55 qol vurub.