Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Cavadov karyerasını ölkə xaricində davam etdirəcək.
Bu haqda Sportne.az-a 28 yaşlı hücumçunun özü məlumat verib: "Karyeramı bitirmək haqda düşünmürəm. Azərbaycanda deyil, ölkə xaricində çıxış edəcəm. Hazırda danışıq gedir. Ona görə ad çəkmək düz olmaz. Yaxın 10 günə dəqiqləşəcək”.
Qeyd edək ki, Cavadov ötən mövsümün ilk yarısında "Sumqayıt”da, qış fasiləsindən sonra AZAL-da çıxış edib.