1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
250-ci oyununda kapitan oldu
Azərbaycan Premyer Liqasında I turun "Neftçi” ilə oyunu "Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub.
Sportnet.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, meydana kapitan kimi çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Komandasının 3:1 hesablı qələbə qazandığı görüşə qədər Qarayev 249 matçda 2 qol vurmuşdu.
"Qarabağ”da 250-ci oyunu Azərbaycan derbisinə təsadüf edən Qarayev Çempionlar Liqasında 16, Avropa Liqasında 37 matça çıxıb. Daxili yarışlarda da komandasının aparıcı üzvlərindən olan yarımmüdafiəçi Premyer Liqada 172, Azərbaycan kubokunda 25 matç keçirib. O, hər iki qolunu çempionatda vurub.
Qeyd edək ki, Qara Qarayevin "Qarabağ”da ilk oyunu 2009/2010 mövsümünə təsadüf edib. 2009-cu il dekabrın 10-da "Muğan”la ev matçında (2:1) debüt edən yarımmüdafiəçi karyerası boyu yalnız bir klubda oynayıb.