
"Çelsi" klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la Bakıda keçirəcəkləri oyunda iştirak etmək istəyən azarkeşlərinə güzəşt edib.
Sportnet.az London klubunun saytına istinadən xəbər verir ki, klub rəsmisi Tomas Kuk səyahət paketlərinin qiymətini endirdiklərini açıqlayıb. O, həmin paketə Bakıda gəzinti və 1 gecə 4 ulduzlu oteldə qalmağın da daxil edildiyini söyləyib. Qiymətlər isə bir adam üçün 359 funt-sterlinqdən başlayır.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 22-də keçiriləcək.