
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi” ilə İngiltərədə keçirəcəyi görüş üçün əmsallar açıqlanıb.
Sportnet.az xəbər verir ki, əksər bukmeker kontorları Ağdam klubunun qələbəsinə olduqca yüksək - 23.00 əmsal verir.
Hazırda "Çelsi”nin qalibiyyət əmsalı 1.10-dur. Heç-heçə 7.90 olaraq qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22.45-də başlayacaq.