19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Təbriz Həsənovun baş məşqçi olduğu kollektiv İrlandiya yığması ilə qarşılaşacaq. Meydan sahibləri ilə görüşü lüksemburqlu və macarıstanlı hakimlər briqadası idarə edəcək.
18:00. Azərbaycan – İrlandiya
Uoterford. Regional İdman Mərkəzi
Baş hakim: Alain Durieux
Baş hakimin köməkçiləri: Claude Reis (hər ikisi Lüksemburqdandır), Theodoros Georgiou
Dördüncü hakim: Ferenc Karako (hər ikisi Macarıstandandır)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya)
Hakim-inspektor: Vadims Direktorenko (Latviya)
Qeyd edək ki, 7-ci seçmə qrupda təşkilatçı İrlandiyadan əlavə, oktyabrın 7-də Serbiya, oktyabrın 10-da Kipr milliləri ilə qarşılaşacaq.