İngiltərə milli komandasının sabiq futbolçusu, hazırda "Stok Siti" klubunda çıxış edən Piter Krauç Ginnesin Rekordlar Kitabına düşüb. Sportnet.az-ın məlumatına görə, 36 yaşlı hücumçu Premyer Liqa qarşılaşmalarında başla hamıdan çox qol vurub.
O, "Aston Villa", "Sautgempton", "Liverpul", "Portsmut", "Tottenhem" və "Stok Siti" klublarında ümumilikdə 436 matça çıxıb və 105 dəfə fərqlənib. Krauç qollarından 36-na başla imza atıb.
Təcrübəli forvardın ən yaxın izləyicisi "Arsenal"da çıxış edən və başla 28 qol vuran Olivye Jirudur.