"Keşlə”nin baş məşqçisi Zaur Svanadze Azərbaycan millisinin sabiq üzvü Vaqif Cavadovun komandanın məşqlərinə qoşulmasını şərh edib.
Gürcüstanlı mütəxəssis Sportnet.az açıqlamasında bildirib ki, 28 yaşlı hücumçu dünəndən etibarən "Keşlə”nin düşərgəsindədir. Onun sözlərinə görə, qış fasiləsində Cavadovla müqavilə bağlanması futbolçunun özündən asılıdır: "Vaqif dünən axşam məşqinə qatılıb. Bizimlə birgə olacaq. Lakin onunla müqavilə məsələsi hələlik açıq qalıb. Özünü necə göstərməsindən asılıdır. Hələlik məşq etsin, sonrasına baxarıq”.
Qeyd edək ki, Cavadovun "İnter”də məşqlərə başlaması xəbərini ilk olaraq sportal.az saytı yazıb.