21 yaşadək futbolçulardan ibarət Avro-2019-un seçmə mərhələsində keçiriləcək Azərbaycan - Kosovo oyunu estoniyalı hakim Roomer Tarayevə tapşırılıb.
Sportnet.az-ın məlumatına görə, ona Hannes Reynvald və Neeme Neemlayd köməklik edəcək. Dördüncü hakim isə Eyko Saar olacaq.
Qeyd edək ki, Azərbaycan - Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.