 
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Səbail"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransı keçirib. 
 
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...
 
- Həddən artıq udmaq istəyimiz belə nəticəyə gətirib çıxardı. Amil Yunanovun son zamanlar oyunu alınmır. Bilmirəm nədəndir? Bəlkə də məqsəd qoyub ki, bombardir olmalıyam. Son 2 oyunda 6 qol imkanını əldən verdi. Qış fasiləsi yarandıqdan sonra təhlillər aparacağıq. 
 
- Sizə elə gəlmirmi ki, bu gün 10 futbolçu ilə oynadınız. Çünki Ramil Həsənov meydanda yox kimi idi...
 
- Bu gün Ehtiram Şahverdiyevin effektini görmədim. Ramil Həsənovu məcburən meydana buraxdıq. Çünki 3 oyunçumuz cəzalı idi. Ehtiram ona verilən ötürmələri dəyərləndirməli idi. 
 
- Rəşad Eyubov ləng təsir bağışlayırdı...
 
- Bu gün situasiya tələb edirdi ki, tələsməsin, aramla oynasın. İlk yarıda məşqlərdə etdiyimiz epizodlardakı kimi yararlanmaq mümkün olsaydı, nəticə başqa cür olardı. Amma Rəşadın oyunundan o qədər də narazı deyiləm. Hücumda qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir. 
 
- Bu yaxınlarda "Atletiko"nun düşərgəsinə yollanacağınız xəbərləri nə dərəcədə doğrudur?
- Hələ bu məsələ dəqiqləşməyib. İlk növbədə, "Atletiko" razılıq verməlidir. Klubumuz da əlindən gələni edir ki, ən yaxşı klublardan birinə gedək.