1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amil Yunanov: "Bu, mənə narahatlıq verə bilər"
"Sumqayıt"ın futbolçusu Amil Yunanov "Səbail"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra jurnalistərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqqında danışıb:
- Baş məşqçinin iradlarına haqq qazandırıram. Biz qol vurmaq istəyirdik. Mən də qol vurmağı çox istəyirdim. Elə vəziyyət olur ki, alınmır. Qol epizodları da olur. Hardasa şanssızlıq baş verir. Üzərimdə daha da çalışıram. Sadəcə olaraq, alındıra bilmirəm.
- Baş məşqçi onu da qeyd etdi ki, Amil Yunanov qarşısına bombardir olmağı məqsəd qoyub. Çox istədiyindən yanır...
- Bəlkə də. Mən də onu fikirləşirəm. Həqiqətən də hər oyun çalışıram qol vurum. 13 tur ərzində hər oyun yaxşı epizodlarım olub. Ancaq yararlana bilmirəm. Ola bilər ki, səviyyəm, ustalığım imkar vermir. Çalışacağam ki, daha yaxşı təsir bağışlayım. Məşqçilərimin ümidlərini doğrultmaq istəyirəm.
- Matçın ilk hissəsində öz mövqeyində oynamadın. Yarımmüdafiədə çıxış etdin. Bu, sənin çıxışına təsir etdimi?
- Əvvəllər bu mövqedə çıxış etmişəm. Əvəzedici heyətdə, "Qəbələ” ilə matçda. Həmçinin "Rəvan”da çıxış edəndə. Demək olar ki, bir mövsüm yarımmüdafiədə çıxış etmişəm. Düzdür, 3 ildir "Sumqayıt”da hücumda oynayıram. Bu, hardasa öz yerim deyil deyə, mənə narahatçılıq verə bilər. Çalışıram onu büruzə verməyim. Yaxşı epizodlarım da olur. Hazırki mövqedə çətinlik çəkmirəm.
- Ramil Həsənov uzun fasilədən sonra səninlə bir yerdə oynadı. Bu, hansısa bir problem yaradırmı?
- Ramil nə vaxtdandır oynamır. Birinci oyunu idi. Yəqin ki, yaxşı olacaq. Hücumçu kimi yaxşı keyfiyyətləri var. Çalışırıq nəsə edək. Qol epizodlarımız olsa da, şanslardan istifadə edə bilmədik. Rəqibin də qol epizodları oldu.
- Samir Abasov paltardəyişmə otağında uca səslə danışırdı. Nəyə etiraz edirdi?
- Məşqçimiz oyunla bağlı sözlərini deyirdi.
Əsas irad kimə idi?
O, komandaya öz sözlərini ünvanladı. Samir müəllim mənimlə həmişə söhbət edir. Məşqçi öz iradlarını bildirməlidir. Bu, normaldır. Təkcə burada yox, məşqlərdə də iradlarını bildirir.