1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Pavel Dreksa: "Bu, baş məşqçimizin şəxsi fikridir"
"Neftçi"nin futbolçusu Pavel Dreska Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zaqatala" üzərində 5:0 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə o, öncə oyun haqqında danışıb:
- Mən belə böyük hesab gözləmirdim. Bu tipik kubok matçı idi. Biz 5:0 hesabı ilə qələbə qazanırıqsa bu çox yaxşı nəticədir."
- Son qoldan sonra komanda sanki irəli getmək istəmirdi. Baş məşqçi tapşırmışdı çox qol vurmayın yoxsa alınmırdı?
- Məncə normal bir şeydir. Son qoldan sonra dəyişikliklər də oldu. Əvəzetmələr də var idi. Oyuna köklənmə baxımından da dəyişikliklər olub. Hesab 5:0 olandan sonra həmin konsentrasiya ilə oynamaq çox çətindir.
- Oyun ərzində səhvlərin oldu. Təbii ki, futbol səhvsiz olmur. Çoxdandı komandada çıxış etmirsən. Səncə səbəb bununla bağlıdır?
- Bəli. Mən demək olar ki, 3 ay oynamırdım. Ən əsası odur ki, biz qələbə qazandıq. Bu oyun bizim üçün çox vacib idi.
- 3 aydır oynamadığını qeyd etdin. Tərlan Əhmədov siyahını hazırlayanda bu matçda çıxış edəcəyinə inanırdınmı?
- Mən ümid edirdim ki, start heyətdə olacam. Bu, belə də oldu.
- Mətbuatda Seqovia və Dreksanın qışda komandanı tərk edəcəyi yazılır. Bununla bağlı məlumatın varmı? Qışdan sonra heyətdə özünü görürsənmi?
- Mən "Neftçi”də icarə əsasında oynayıram. Heç kim mənə bu barədə bir söz deməyib. Dekabrda icarənin müddəti bitir. Klubdan heç kim mənə heç nə deməyib. Bilmirəm "Neftçi” ilə davam edəcəm yoxsa yox.
- Mətbuat konfransında Tərlan Əhmədov komandanın müdafiə xəttindən narazı olduğunu bildirdi. Hücum xəttindən razı olduğunu söylədi. Komanda 5:0 qələbə qazandı amma baş məşqçi razı qalmadı. Sən də müdafiəçisən. Komandanın müdafiədə problemi nədən ibarətdir?
- O, baş məşqçidir. Bu onun şəxsi fikridir. Onun fikirlərinə hörmətlə yanaşıram. Mənim icarəm dekabrda bitir. Nədənsə narazıdırsa təndiqlə yanaşa bilər. Söhbət tək müdafiəçilərdən getmir. O hər bir futbolçuya öz fikrini söyləyə bilər.
- Növbəti rəqib çox böyük ehtimalla "Zirə” olacaq. Bu komanda "Neftçi” üçün arzuolunmaq rəqibdir. Sənin fikrincə "Xəzər”, yoxsa "Zirə” növbəti mərhələyə vəsiqə qazanacaq?
- Mən heç vaxt "Xəzər”in oyununu görməmişəm. Fikrimcə, "Zirə” qələbə qazanacaq.