Topaz Premyer Liqasının XIV turunda evdə "Neftçi"ni 1:0 hesabı ilə yendikləri oyundan sonra "Qarabağ”ın futbolçusu Dino Ndolovu brifinq keçirib.
Hücumçu Sportnet.az-ın da suallarını cavablandıırb...
İlk hissədə daha yaxşı oynadıq. Qol epizodlarımız oldu. İndi sıx qrafiklə oynayırıq. Ona görə də yorğunluq ola bilər. 2-ci, 3-cü qolu vura bilsəydik tam rahat oynayacaqdıq. İkinci qolu vurmaqda çətinlik çəkdik. 3 xalı qazanmaq çox vacib idi.
- Rəqiblər "Qarabağ”dan çəkinirlər. Səncə bunun səbəbi nədir?
- Mən birinci dəfədir eşidirəm bu ifadəni. Ona görə nə deyəcəyimi bilmirəm. Biz bütün rəqiblərə ciddi yanaşırıq. Bu barədə konkret bir söz deyə bilmərəm.
- "Roma” matçı ilə bağlı fikirlərini öyrənmək istəyərdik...
- Baş məşqçimizin tapşırığı odur ki, hər zaman istənilən oyunda qələbə haqda düşünək. Hətta yoldaşlıq matçında da yaxşı mübarizə aparmalıyıq. Özümüzə hörmət etməliyik. Hər oyunumuza axırıncı oyun kimi çıxırıq. Ona görə də ən yaxşı nəticələri əldə etməyə çalışmalıyıq.
- Sən düşünürsənmi "Neftçi”nin müdafiəçiləri çox kobud oynayırdılar?
- Futbolda kontakt da ola bilər. Biz daha çox öz oyunumuza fikir verirdik. Öz komandamı fikirləşirəm. Əsas odur ki, 3 xalı qazandıq. 2-ci 3-cü qolu vura bilsəydik, matç tamam fərqli olardı.