1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin üzvü: "Mövcud şəraitlə barışmalıyıq"
İranda bu gün start götürəcək beynəlxalq turnir ərəfəsində futzal üzrə Azərbaycan millisi son məşqini oyunun keçiriləcəyi arenada reallaşdırıb. Sportnet.az-ın məlumatına görə, məşqin ardından Azərbaycan millisinin aparıcı üzvlərindən olan Vassura Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb...
- Komandada vəziyyət necədir?
- Mən komandanın cəmi 5 məşqində iştirak etmişəm. Ancaq bu fakt dəyişmir ki, millimiz çox güclüdür. Sabah bizi çətin oyun gözləyir, bunu komanda olaraq hamımız dərk edirik. Oyunumuz istədiyimiz şəkildə keçəcəyinə inanıram.
- Amma məşqdən sonra həm baş məşqçi, həm də millinin üzvləri örtüyün yaxşı vəziyyətdən olmadığını bildirdilər...
- İran Asiya çempionatında oynayır. Ona görə də onlar terefleks örtüyündən istifadə edirlər. Avropada isə demək olar, zalların hamısı parketdir. Bəli, ağır örtükdür. Ancaq bu haqda düşünməyin mənası yoxdur. Əks halda, oyuna köklənə bilməyəcək, qopacağıq. Ona görə də bura gəlmişiksə, mövcud şəraitlə barışmalıyıq.
- İranın son zamanlardakı oyununu görmüsən?
- Biz onlarla 1 il əvvəl oynamışıq. Həmin vaxt dünya çempionatının final mərhələsində bir qrupda yer almışdıq. Yadımdadır, çox çətin, ağır oyun alınmışdı. Bu dəfə də asan olmayacaq. Üstəlik, onlar dogma meydanda oynayırlar. Bizim də güclü heyətimiz var. Həm də bu turnir Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
- Rəqibin hansı üstün və zəif cəhətlərini qeyd edə bilərsən?
- İran güclü komandadır. Onlar dəfələrlə Asiya çempionu olublar. Millinin üzvləri digər çempionatlarda çıxış edir. Dünya çempionatının daimi iştirakçılarından biridirlər. Bir sözlə, çox güclüdürlər.
- Bəs turnirə dəvət alan komandalar haqda nələri qeyd etmək istərdin?
- Burada 4 komanda var və hər biri yekunda qalib ola bilər. Çünki hamısı güclü, özlərini sübut etmiş komandalardır. Bütün oyunlar maraqlı və gərgin keçəcək. Kim şansından düzgün istifadə edə bilsə, buradan qalib ayrılacaq.