Qış fasiləsində "Keşlə”dən ayrılacaq daha iki futbolçunun adına aydınlıq gəlib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçilər – Elnur Abdullayev və Mirsahib Abbasov yanvarda paytaxt klubu ilə yollarını ayıracaq. Onların "Keşlə” ilə mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam veriləcək.
Artıq Abdullayevlə Abbasovun karyeralarını davam etdirəcəkləri klub da məlumdur. Hər iki futbolçu "Sumqayıt”la anlaşıb.
Qeyd edək ki, "Keşlə”nin futbolçuları Mirhüseyn Seyidovla Nizami Hacıyev danışılmış oyunlara görə ömürlük cəzalandırılıblar. Həmçinin qış fasiləsində Tərlan Quliyev, İlkin Qırtımov, Adrian Skarlatake və Orxan Sadıqlının da paytaxt klubunu tərk edəcəkləri söylənilir.