1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadiqov: "Neftçi" həmişəki kimi brenddir" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu Rəşad Sadiqovun Sportnet.az-a müsahibəsi
- "Neftçi”nin aparıcı futbolçularından biri kimi mövsümün ilk yarısını komandanız üçün necə dəyərləndirərdiniz?
- Düşünürəm ki, komandamız pis çıxış etmədi. "Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Komandada çətinliklər var idi. Edilən dəyişikliklərdən sonra 5-ci pilləyədək irəlilədik. Azərbaycan Kubokunda isə yarımfinala yüksəldik. Əlbəttə, çıxışımız tam olaraq yaxşı deyil. Qənaətbəxşdir.
- Sizcə, komandanız ilk dövrəni bundan da yaxşı yerdə başa vura bilərdi?
- Düzdür, bundan da yaxşı nəticə ola bilərdi. "Neftçi” daha yaxşı mövqelərə layiqdir. Komanda bu pillələrə layiq deyil.
- Baş məşqçi Tərlan Əhmədov ilk dövrədəki bəzi matçlarda sizə müdafiədə şans verdi. Bu barədə hər hansı çətinliyiniz olmadı?
- Mənim üçün harada oynamağımın heç bir fərqi yoxdur. Müdafiədə də oynadığım vaxtlar olub. Futbolçu karyeram ərzində "Qəbələ”də və çıxış etdiyim digər klublarda problem olanda müdafiədə oynayırdım. Bu, mənə çətinlik yaratmadı. Həmin mövqedə də rahat oynayıram.
- Kubok barədə də qeyd etdiniz. Əsas rəqiblərinizdən biri "Qarabağ” mübarizəni dayandırıb. "Neftçi”nin bu mövsüm əsas hədəfi kubokdurmu?
- Düzü, hədəflərimizdən biri kubokdur. Çempionatda da çalışacağıq ki, mövsümü yaxşı yerdə başa vuraq. Ən azı ilk 4 pillədən birini tutmaq istəyirik. Komanda avrokuboklara vəsiqə qazanmaq niyyətindədir.
- "Neftçi"də bəzi gənc futbolçular icarəyə göndərildi. Bəzi legionerlər isə komandadan ayrıldı...
- Komandadan ayrılan bütün futbolçulara uğurlar arzulayıram. "Neftçi” klubu həmişə olduğu kimi brenddir. Düşünürəm ki, Tərlan müəllim komandaya daha yaxşı futbolçular cəlb edəcək və "Neftçi” daha da güclənəcək. Bunu zaman göstərəcək. Qış fasiləsində yaxşı futbolçu tapmaq çətindir. Amma klub rəhbərliyi əlindən gələni edəcək ki, gedən futbolçuların yeri dolsun.
- "Neftçi”də hansı mövqelərə transferlər daha çox lazımdır?
- Belə məsələləri baş məşqçimiz daha yaxşı bilər. "Neftçi” klubunda futbolçu seçimi baş məşqçiyə tapşırılıb. Bütün seçimləri Tərlan müəllim edir.
Təbriz QULİYEV