Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov özünə bolqarıstanlı köməkçi götürüb. Sportnet.az-ın sportal.bg-yə istinadən verdiyi məlumata görə, bu, Vladislav Yanuşdur.
Yanuş fiziki hazırlıq üzrə məşqçi funksiyalarını yerinə yetirəcək. 38 yaşlı mütəxəssis əvvəllər "Lokomotiv" (Plovdiv) və "Beroe", "Vereya" və "Liteks" komandalarında çalışıb. O, yığmada ilk dəfə çalışacaq.
Qeyd edək ki, Azərbaycanın əsas millisində və "Qarabağ"da baş məşqçi Qurban Qurbanovun köməkçisi də bolqarıstanlıdır. Həmin şəxs Çudomir Çakarovdur.