1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi" ilə oyun üçün 11 min km-dək yol qət etdilər
"Neftçi" klubunun Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında rəqiblərindən olan Rusiyanın "OİK-Xabarovsk" komandası artıq qardaş ölkədədir.
Sportnet.az-ın məlumatına görə, Rusiya təmsilçisi bu toplanış üçün təyyarə ilə 18 saatlıq səfər edib. Ötən mövsüm Premyer Liqaya yüksələn və ölkənin ən uzaq bölgələrindən Xabarovskı təmsiı edən komandanın baş məşqçisi Rinat Bilyaletdinov toplanış üçün ən ideal yerin Antalya olduğunu söyləyib. Komandanın daxili çempionatda 20 matçda 12 xalı var. "OİK-Xabarovsk" toplanış çərçivəsində "Neftçi"dən savayı Albaniyanın "Dinamo Tirana" klubu ilə də qarşılaşacaq.
Baş məşqçi təmsil etdikləri şəhər haqda da danışıb: "Hazırda Xabarovskda -15 dərəcədir. Demək olar ki, hər yerdə qar var. Türkiyədə isə yağışlı olmasına baxmayaraq, məşq üçün yaxşı bir hava var. Qaldığımız otelin şəraiti də yaxşıdır. Biz burda komandamızı ikinci dövrəyə ən yaxşı halda hazırlamaq istəyirik".
Qeyd edək ki, sözügedən komandanın "Neftçi" ilə matçı yanvarın 22-si saat 17:00-da başlayacaq.