1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Komandamın oyunu məni qane etdi"
"Deməzdim ki, nəticə bizim üçün vacib deyildi. Həm yaxşı nəticə, həm də oyun təcrübəsi qazanmaq istəyirdik. Çünki komanda üzvlərinin əksəriyyəti bir aya yaxındır heç bir rəsmi oyunda iştirak etmirdilər".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva İranla keçirdikləri ilk yoldaşlıq görüşündən sonra deyib. Braziliyalı mütəxəssis komandada olan futzalçıların hamısına şans verdiyini bildirib: "İstədim ki, onlar bu şansdan maksimum istifadə etsinlər. Əsas odur ki, oyun intizamından qopmadıq, bir neçə "ev tapşırığı”nı sınadıq. Komandamın oyunu məni qane etdi. Verdiyim tapşırıqları yerinə yetirə bildirlər".
Joze Alesio İran millisi barədə də fikirlərini bölüşüb: "Rəqibimiz kifayət qədər güclü komandadır. Üstəlik, İranla Fransa yığmasının oyun planında oxşar cəhətləri çoxdur. İran millisinin heyətində fərdi qabiliyyətinə görə seçilən oyunçuları var”.
Qeyd edək ki, Azərbaycan - İran matçında qalib müəyyənləşməyib - 3:3.