
İspaniya La Liqasının 22-ci turunda "Barselona" səfərdə "Espanyol" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, komanda səfərdə "Espanyol"la qarşılaşıb. Kataloniya derbisində qalib müəyyənləşməyib. Görüş 1:1 hesabı ilə başa çatıb. Birinci hissəsi qolsuz başa çatan matçda hesab 66-cı dəqiqədə açılıb.
"Espanyol"un heyətində Cerard Moreno fərqlənib. "Barselona" oyunun 83-cü dəqiqəsində bərabərlik qolunu vurub. Komandanın müdafiəçisi Cerard Pike tarazlığı bərpa edib.
Qeyd edək ki, "Barselona" 58-ci xalla birinci pillədə qərarlaşıb.