İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Con Terri maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi onunla heç kimin maraqlanmamasından şikayətlənib:
"Bütün media, insanlar və mənə yaxın olan hər kəs məni unudub. Artıq heç bir qəzetdə özümü görmürəm. Bu həyatda sizin keçmişdə nələr etdiyinizə önəm verilmir. İndi hansı vəziyyətdəyiksə ona önəm veriril. İnsanlar nankorluq edirlər."
Qeyd edək ki, Con Teri hazırda İngiltərə Çempionşipdə "Aston Villa"nın formasını geyinir.